Bakıda AFFA tərəfindən təşkil olunan UEFA Pro kateqoriyalı məşqçi kurslarının 4-cü moduluna start verilib.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək kurslar “İdmanda psixologiya” mövzusunu əhatə edir.
Kurs tədris proqramının rəhbəri Aslan Kərimov və psixoloq Lalə Əzizovanın iştirakı ilə keçirilir.
Qeyd edək ki, kurs iştirakçıları arasında “Qəbələ”nin və "Şamaxı"nın baş məşqçiləri - Elmar Baxşıyevlə Vüqar Əsgərli, eləcə Zaur İsmayılov, Sənan Qurbanov, İlham Yadullayev və digər mütəxəssislər var.