Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının təsnifat mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv A qrupunun üçüncü oyununda Türkiyəyə ilə üz-üzə gələcək. Matç İstanbuldakı "Burhan Felek" arenasında baş tutacaq.
Qeyd edək ki, iki turdan sonra Azərbaycan yığmasının hesabında xal yoxdur.
AVRO-2023, seçmə mərhələ
A qrupu
18:30. Türkiyə - AZƏRBAYCAN
Xal durumu: Türkiyə - 8 xal (8-4), Danimarka - 5 (7-6), Azərbaycan - 0 (1-6)