Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hesabına bu anadək 76 mükafat yazılıb. Bunlardan 22-si qızıl, 28-i gümüş, 26-sı bürünc əyyarlıdır.
Medal qazanan idmançıların siyahısını təqdim edirik.
Güləş - 8 qızıl, 8 gümüş, 7 bürünc
Qadın güləşi: Mariya Stadnik (50 kq), Leyla Qurbanova (53 kq) və Jalə Əliyeva (57 kq) çempion, Alyona Kolesnik (59 kq), Elis Manolova (65 kq), Gözəl Zutova (72 kq) ikinci olublar. Elnurə Məmmədova (55 kq) ilə Tatyana Omelçenko (62 kq) bürünc medal qazanıblar.
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal qazanıb.
Sərbəst güləş: Hacı Əliyev (65 kq) Turan Bayramov (74 kq) çempion, İslam Bazarqanov (61 kq) və Abubakr Abakarov (86 kq) ikinci, Əliabbas Rzazadə (57 kq), Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq) və Osman Nurməhəmmədov (92 kq) üçüncü olublar.
Bədii gimnastika - 5 qızıl, 2 gümüş, 1 bürünc
Fərdi yarışda Zöhrə Ağamirova dörd mükafat qazanıb. O, gürz və lentlə hərəkətlərdə qızıl, halqa ilə gümüş, topla bürünc medala sahib çıxıb.
Komanda hesabında Zöhrə Ağamirova, Alyona Zeynalova və Alina Gözəlova birinci olublar.
Həmçinin Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Ləman Əlimuradova, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət qrup hərəkətləri komandası çoxnövçülükdə və üç lent və iki topla finalda birinci olub. Yığma beş halqa ilə finalda isə gümüş medala layiq görülüb.
Aerobika - 2 qızıl, 3 gümüş
Komanda ikinci, Vladimir Dolmatov şəxsi yarışda çempion, Mədinə Mustafayeva fərdi yarışda ikinci olub. Qarışıq cütlüklərdə Mədinə Mustafayeva və Vladimir Dolmatov çempion, qrupda Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov gümüş medal qazanıblar.
Cüdo - 1 qızıl, 3 gümüş, 1 bürünc
Balabəy Ağayev (60 kq) çempion olub, Könül Əliyeva (48 kq), Nəriman Mirzəyev (73 kq) və Elmar Qasımov (100 kq) finalda uduzub, Telman Vəliyev (73 kq) bürünc medal qazanıb.
Taekvondo - 1 qızıl, 2 gümüş, 2 bürünc
Fəridə Əzizova (67 kq) birinci, Cavad Ağayev (68 kq) və Minayə Əkbərova (46 kq) ikinci, Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (49 kq) üçüncü olublar.
Qılıncoynatma - 1 qızıl, 2 gümüş, 2 bürünc
Qadınlardan ibarət sablya komandası (Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Sevil Bünyatova) birinci yeri tutub. Fərdi qılıncoynatma yarışlarında Polina Kaspiaroviç finalda məğlub olub, Valeriya Bolşakova və Səbinə Kərimova üçüncü yeri tutublar. Şpaqa üzrə Ruslan Həsənov şəxsi yarışda ikinci olub.
İdman gimnastikası - 1 qızıl, 2 gümüş, 1 bürünc
İvan Tixonov dayaqla tullanmada çempion olub, çoxnövçülükdə ikinci, paralel qollarda üçüncü nəticə göstərib. Nikita Simonov isə gümüş əldə edib.
Atletika - 1 qızıl, 2 gümüş
Anna Skidan (çəkicatma) çempion, Aleksis Kopello (üçtəkanla tullanma) və Yekaterina Sarıyeva (üçtəkanla tullanma) ikinci olub.
Stend atıcılığı - 1 qızıl, 1 gümüş
Qarışıq komandalar arasında yarışda Nurlana Cəfərova və Cavid Həsənov qızıl medal qazanıb. Cəfərova şəxsi yarışda ikinci olub.
Üzgüçülük - 1 qızıl, 1 gümüş
Ramil Vəlizadə 200 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışında çempion, Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflyayda ikinci olub.
Ağır atletika - 1 gümüş, 3 bürünc
Nazilə İsmayılova (45 kq) birdənqaldırma, təkanla qaldırma və toplamda üçüncü olub. Dadaş Dadaşbəyli (102 kq) birdən qaldırmada gümüş medal qazanıb.
Həndbol - 1 gümüş
Qadınlardan ibarət komanda finalda Türkiyəyə məğlub olaraq ikinci olub.
Kikboksinq - 4 bürünc
Rəhim Əliyev (low kick 71 kq) və Bəhram Rəcəbzadə (low kick, +91 kq) finala yüksəlib. Elxan Əliyev (full kontakt, 71 kq), Qəşəm Məmmədov (low kick 67 kq), Arzuman Qədimov (low kick 63,5 kq) və Aysu Dəvrişova (56 kq) bürünc medal qazanıblar.
Para-oxatma - 2 bürünc
Kişi (Əli Nəbiyev, Cahan Musayev) və qarışıq cütlük (Azada Abdullayeva, Cahan Musayev) bürünc medal qazanıb.
Voleybol - 1 bürünc
Qadınlardan ibarət komanda üçüncü yeri tutub.
Para-stolüstü tennis - 1 bürünc
Dinara Sunçeleyeva bürünc medal qazanıb.
Futbol - 1 bürünc
U-23 millisi üçüncü yeri tutub.
Qeyd edək ki, İslamiadaya avqustun 18-də yekun vurulacaq.