Bu gün Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dünənki - 13-cü yarış günündən sonra Azərbaycanın aktivindəki medalların ssyı 89-a çatıb. Medallardan 26-sı qızıl, 30-u gümüş, 33-ü bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan ümumi sıralamada 4-cü pillədəki mövqeyini qoruyub.
İlk 3 mövqedə medal əyyarına görə, müvafiq olaraq, Türkiyə (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran (38 qızıl, 41 gümüş, 48 bürünc) qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 45-i medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (1 qızıl, 1 gümüş, 6 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.