Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnastlar Cessika və Cenifer Qədirova bacıları üçrəngli bayrağımızla şəkil çəkdiriblər.
Fanat.Az xəbər verir ki, fotonu 17 yaşlı əkizlərin atası Natiq Qədirov özünün “Facebook” səhifəsində paylaşıb.
“Ey əziz anam, Azərbaycan! Azərbaycandan nə qədər uzaqda olsaq, o qədər də çox vətən sevgimiz var”, - o, qeyd edib.
Xatırladaq ki, Cessika Qədirova 11-14 avqustda Almaniyanın Münhen şəhərində keçirilmiş idman gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb. Bu, onun karyerasında ikinci qitə çempionluğu olub.