"Zirə"nin transferə çıxardığı Təmkin Xəlilzadə ilə İlkin Muradov hələ də özlərinə klub tapa bilməyib. Təmkinin adı "Kəpəz"lə hallandırılsa da, İlkindən soraq yoxdur.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Muradovun "Səbail"ə keçmək variantı olub.
Bayıl təmsilçisi 26 yaşlı yarrımüdafiəçini icarəyə götürmək istəyib. Ancaq "Zirə" futbolçusunu birdəfəlik satmaq istədiyi üçün razılıq baş tutmayıb.
Mirağa