Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisinin 24-28 avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək dünya birinciliyi üçün heyəti açıqlanıb.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər korpusu yarış üçün 14 (9 oğlan, 5 qız) cüdoçu sifariş edib.
Oğlanlar: Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Abil Yusubov (hər ikisi 66 kq), Əli Hacızadə, Nihad Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq).
Qızlar: Aydan Vəliyeva (48 kq), Fidan Qasımova, Vüsalə Hacıyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq).
Qeyd edək ki, ilk dörd gündə fərdi, avqustun 28-də isə qarışıq komanda yarışı keçiriləcək. Dünya çempionatında 59 ölkədən ümumilikdə 484 idmançının iştirakı gözlənilir.