12:49 19.08.2022 357

DÇ-yə 50 gün qalarkən və ya 6 il əvvəlki uğurun sorağında

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Futzal üzrə Azərbaycan milli komandasının növbəti dünya çempionatı sınağına bir aydan bir qədər çox qalır. Konkret, mübarizəyə əsas mərhələdən başlayacaq Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv püşkatmanın nəticəsinə uyğun olaraq 6-cı qrupda Polşa və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri elit-raunda birbaşa vəsiqə qazanacaq. Milli ilk oyununa bu il oktyabrın 7-də çıxacaq. Polşa yığması ilə qarşılaşacaq futzalçılarımız final mərhələsi 2024-cü ildə keçiriləcək mundialda növbəti dəfə iştirak etmək niyyətindədir. Bunun üçün əsas mərhələdə uğurlu çıxış edib elit-raunda yüksəlmək, orada isə qrupunun ən güclüsü olaraq həlledici mərhələyə vəsiqə qazanmaq lazımdır. Bu yazıda şanslar və perspektivlərdən bəhs edəcəyik.

Öncə tarixə nəzər salaq. 6 dəfə Avropa çempionatının final mərhələsinə qatılan komandamızın dünya birinciliyində eyni uğuru yaşaya bilmir. İndiyə qədər dünya çempionatı 9 dəfə keçirilib. Onun yalnız 6-da seçmə mərhələdə iştirak edən komandamızın ilk üç cəhdində elə seçmə mərhələ ilə kifayətlənib. 

Mundiala hələ ki, yalnız bir dəfə qatıla bilən, 2016-cı ildə Kolumbiyada təşkil edilən dünya çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi ilk cəhddə dünyanın 5 ən güclü yığmasından biri olmağı bacarıb... 

AÇ-dəki uğurun davamı DÇ-də gəlmədi

Düzdür, milli 2012-ci ildə də buna yaxın olub... Andrey Yudinin Azərbaycan millisindən ayrılmasından sonra baş məşqçi postuna gələn Joze Alesionun startdakı fəaliyyəti uğurlu alınmışdı. Belə ki, Alesionun rəhbərliyi altında millimiz 2010-cu ildə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Macarıstanda keçirilən qitə birinciliyində dördüncü yeri tutan millimizin növbəti hədəfi Avropa birinciliyinin ardınca dünya çempionatına da yüksəlmək idi. Bunun üçün əlverişli imkan da yaranmışdı. Çünki DÇ-2012-nin seçmə mərhələ oyunlarına Bakı ev sahibliyi edirdi. "Doğma divarlar" amili millimizin qarşıya qoyulan çətin hədəfə çatmasına yardımçı olmalıydı, oldu da. Qrupda Xorvatiyaya uduzan futzalçılarımız Makedoniya və Ukraynanı yenib 2-ci yeri tutdu və mundiala getmək üçün pley-offda oynamaq şansı əldə etdi. Lakin həlledici mərhələnin püşkü komandamız üçün uğursuz alındı. Yığmamız nəinki Avropanın, ümumilikdə dünyanın ən güclülərindən olan Rusiya ilə qarşılaşmalı idi. İlk oyun Bakıda keçirildi. Gərgin mübarizə şəraitində keçən matç Azərbaycan millisinin 2:3 hesablı məğlubiyyəti ilə tamamlandı. Cavab matçında isə qalib aşkarlanmadı - 2:2. Beləcə, millimiz mundialın biraddımlığında mübarizəni dayandırdı.


Cığıraçan Peres oldu

DÇ-2016-nın seçmə mərhələsində artıq millimizə tanınmış ispaniyalı məşqçi Tino Peres başçılıq edirdi. Mundialın seçmə mərhələ görüşləri Xorvatiyada keçirilirdi. Rəqiblərimiz isə meydan sahibləri ilə yanaşı, İsveç və Belarus milliləri idi. Xüsusilə, əvvəlki DÇ-nin seçmə mərhələsində Bakıda qrup qalibi olan Xorvatiyadan qisas alındı. Hər üç görüşdə qələbə qazanan və bununla da qrup qalibi olan Azərbaycan millisi pley-offda digər qrupda ikinci olmuş kollektivlərdən biri ilə qarşılaşacaqdı. Püşkün nəticəsinə əsasən, yığmamız Niderlanda rəqib oldu. “Narıncılar”la cütün taleyi demək olar ki, elə səfər matçında müəyyənləşdi. Rəqib meydanında 5:1 hesablı qələbə qazanan yığmamız Bakıdakı görüşü formallığa çevirdi. Paytaxtımızda keçirilən matçda isə qalib aşkarlanmadı. Nəticədə 2 oyunun nəticəsinə görə üstün olan Peresin komandası tarixi uğura imza atdı. Azərbaycan yığması tarixi ərzində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazandı.

Miltinyo tarix yazdı

Kolumbiyada keçirilən dünya çempionatı öncəsi millimizdə gözlənilməz ayrılıq yaşandı. Yığmamızda tarix yazan Tino Peres şəxsi problemlərini əsas gətirərək baş məşqçi vəzifəsindən ayrıldı. Onu bu postda futzal aləmində kifayət qədər tanınan daha bir sima  - Ziller Junior Milton Luiz və ya qısaca Miltinyo əvəzlədi. 

Braziliyalı mütəxəssisin rəhbərliyi altında millimiz mundialda uğursuz püşkün nəticəsinə əsasən, ən güclü qrupda qərarlaşmışdı. Çünki Azərbaycan yığması istisna olmaqla, digər 3 komanda - İspaniya, İran və Mərakeşin hər biri öz qitəsinin çempionu idi.
Mundialdakı ilk matçında Afrika çempionu Mərakeşlə qarşılaşan yığmamız inamlı qələbə qazandı. Görüşün 15-ci dəqiqədə rəqibin müqavimətini qıran komandanın heyətində Vassoura fərqləndi ki, bununla o, Azərbaycan futzalı tarixinə düşdü. Belə ki, tam adı Oliveyra Villiams De Naskimento olan milliləşdirilmiş braziliyalı yığmanın heyətində dünya çempionatında qol vuran ilk futzalçı oldu.

Növbəti matçında millimiz İspaniyaya 2:4 hesabı ilə uduzsa da, qrup ikincisi olmaq baxımından İranla həlledici görüşdə qeydə alınan məhsuldar heç-heçə 1/8 finala yüksəlməyə kifayət etdi. Bu mərhələdə isə Azərbaycan yığması Tailandı mübarizədən kənarlaşdırmaqla adını planetin ən güclü 8 komandası arasına yazdırdı.


Yarımfinala bir addım qalmışdı...

Yarımfinala gedən yolda millimiz Portuqaliya səddini aşmalıydı. Rəqibin güclü olması bir yana, Taylandla görüşdə yığmamızın 3 aparıcı üzvü - Rövşən Hüseynli, Vassaura və Finoe 3 sarı vərəqə üzündən cəzalı duruma düşdüyü üçün pireneylilərlə oyunda komandaya kömək etmədi. Heyətdəki itkilərə baxmayaraq, tam gücü ilə mübarizə aparan milli minimal hesabla uduzaraq turniri 1/4 finalda, mundialın beşincisi kimi başa vurdu.

Sonuncu dünya çempionatı isə millinin uğursuz çıxışı ilə yadda qaldı. DÇ-2020-nin seçmə mərhələ oyunları Azərbaycanda keçirildiyi, həmçinin rəqiblər münasib olduğu üçün Moldova, Monteneqro və Slovakiya üzərində qələbələr sürpriz olmadı. Əvəzində Xorvatiyada təşkil olunan əsas mərhələ oyunlarında meydan sahibləri, Rusiya və Slovakiya ilə görüşlərdə qeydə alınan 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət Litvaya yollanmağa kifayət etmədi...

Alesionun növbəti cəhdi

Budəfəki DÇ-də də seçmə və əsas mərhələlər çətin olacaq. Amma əvvəlki illərdən fərqli olaraq, bu dəfə oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Üstəlik, Rusiya kimi güclü millinin cəza üzündən yarışlardan kənarda qalması da hansısa başqa komandanın üzünü guldurəcək. Çünki Rusiya millisi illərdir ki, Avropa seçimləri zamanı yerin birini adətən "bron" edirdi. 

Budəfəki DÇ-nin hansı qitədə keçiriləcəyi də bizim üçün cox vacibdir. Avropaya cəmi 7 yer verilir. Əgər mundial Avropada keçirilsə, seçmə mərhələlərdən 6 komanda vəsiqə qazanacaq. Çünki bir yer meydan sahibinə verilir. Bizim üçün DÇ-nin başqa qitədə keçirilməsi sərfəlidir ki, seçmə mərhələdən 6 yox, 7 komanda vəsiqə qazana bilsin.


O ki qaldı Polşa və Yunanıstanla görüşlərə, hər iki oyun çətin keçəcək. Xüsusilə də, Polşa ilə duellər. Çünki bu komanda son illərdə inkişafdadır. Üstəlik, son iki Avropa çempionatının final mərhələsində iştirak edib. Düzdür, bizim də təcrübəli futzalçılardan qurulmuş heyətimiz var. Amma uzun müddətdir kapitan sarğısını daşıyan Rizvanın yoxluğu hiss olunacaq. Digər tərəfdən, Yüksək Liqada rəqabət azalıb ki, bu da milli üzvlərinə təsirsiz ötüşməyəcək. EKOL çempionata rəng qatan, "Araz"ı daim intriqaya kökləyən komanda idi. Təəssüf ki, sponsorların qərarı bu komandanın fəaliyyətini dayandırması ilə nəticələndi. EKOL bir növ millidə forma geyinmiş təcrübəli futzalçılardan qurulmuşdu. Ona görə də "Araz"la oyunları əsl final ab-havasında keçirdi. Çünki hər biri özünü həm də millinin baş məşqçisi olan Alesioya sübut etməyə çalışırdı. Belə bir komandanın yoxluğu millinin bazası hesab edilən "Araz" üçün də mənfi hal yaradacaq. Ən azı mövsüm ərzində 4-5 dəfə qarşılaşırdılar və istər-istəməz məsuliyyət artırdı.

Legionerlərə gəldikdə, təəssüfləndirici məqam İspaniyada forma geyinən futzalçılarımızın bu ölkəni tərk etməsi oldu. Qalo və Tyaqo hazırda İndoneziya çempionatında çıxış edirlər. Bu ölkədə futzala maraq var, amma İspaniya səviyyəsində deyil. Üstəlik, sözügedən liqada 2-3 legionerin oynamasına icazə verirlər ki, belədə, güclü çempionatın olduğunu düşünməyə dəyməz. 

Vilela isə Avropa çempionatından sonra Rusiya çempionu ilə anlaşdı. Amma məlum sanksiya səbəbindən onlar da UEFA bayrağı altında keçirilən yarışdan kənarda qaldı. Buna görə də Rafael "Kayrat"a üz tutdu. Bəlli məsələdir ki, Qazaxıstan çempionatı rəqabətlidir. Həm də bu komanda Çempionar Liqasında çıxış edəcək. Deməli, Vilela yaxşı formada olacaq.

Eduardo Borges isə Belçikada çempionluq sevinci yaşadı və yenidən Çempionlar Liqasında forma geyinəcək. 

Rizvan Fərzəliyevdən sonra millidə liderlik etməli olan iki yerli futzalçının - İsa Atayev və Xətai Bağırovun durumu narahatlıq doğurur. Onlar legioner həyatı yaşamağa qərar versələr də, Belçikanın sayca ikinci liqasında iştirak edəcəklər. Orada rəqabətin, peşəkarlığın hansı səviyyədə olduğu düşündürücüdür. Üstəlik, futzalçılarımız avqustun sonlarında yeni komandalarına qoşulacaqlar... 

Beləliklə, təxminən ayyarım sonra həyəcanını yaşayacağımız DÇ ərəfəsində problemlər hiss olunmaqdadır. Bununla belə, yarışa əsas mərhələdən başlayacaq millimizin bizə 2016-cı ildəki sevinci yenidən yaşadacağına inanırıq.

Komandamızın seçmə və final mərhələlərində keçirdiyi oyunların nəticələrini təqdim edirik: 

DÇ-1989 – iştirak etməmişik 

DÇ-1992 – iştirak etməmişik

DÇ-1996 – iştirak etməmişik

DÇ-2000 (seçmə mərhələ - Xorvatiya)

28.02.2000. Gürcüstan – 6:6
29.02.2000. Yunanıstan – 8:3
02.03.2000. Çexiya – 4:8
03.03.2000. Xorvatiya – 1:5

DÇ-2004 (seçmə mərhələ - Kipr)

05.11.2003. Polşa – 1:6
07.11.2003. Kipr – 4:4 

DÇ-2008 (seçmə mərhələ - Çexiya)

28.02.2008. Ermənistan – 9:1
29.02.2008. Finlandiya – 4:2
02.03.2008. Çexiya – 2:3

DÇ-2012 (seçmə mərhələ - Azərbaycan)

15.12.2011. Xorvatiya – 1:3
16.12.2011. Makedoniya – 7:1
18.12.2011. Ukrayna – 4:2

(pley-off)

27.03.2012. Rusiya – 2:3 (e)
09.04.2012. Rusiya – 2:2 (s)
 
DÇ-2016 (seçmə mərhələ - Xorvatiya)

10.12.2015. Isveç – 8:2
11.12.2015. Belarus – 7:2
13.12.2015. Xorvatiya – 4:4

(pley-off)

22.03.2016. Hollandiya – 5:1 (s)
12.04.2016. Hollandiya – 4:4 (e)

(final mərhələsi – Kolumbiya)

12.09.2016. Mərakeş – 5:0
15.09.2016. İspaniya – 2:4
18.09.2016. İran – 3:3

1/8 final

22.09.2016. Tailand – 13:8

1/4 final

25.09.2016. Portuqaliya – 2:3 

DÇ-2020 (seçmə mərhələ - Azərbaycan)

23.10.2019. Moldova – 3:1
24.10.2019. Monteneqro – 3:2
26.10.2019. Slovakiya – 2:0

(elit-raund – Xorvatiya)

29.01.2020. Xorvatiya – 0:2
30.01.2020. Rusiya – 4:3
01.02.2020. Slovakiya – 3:3

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

Facebookdan bizi izləməyi unutmayın.
X