16:24 20.08.2022 581

Baş məşqçi taekvondoçuların uğursuzluğundan danışdı: "Toplantı olacaq, qərarlar veriləcək"

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Məmməd Abdullayev Fanat.Az-a müsahibə verib. 

Həm də gənclər millisinin çalışdırıcısı vəzifəsini icra edən mütəxəssislə bu ay Sofiyada təşkil olunan gənclər arasında dünya çempionatının və Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının yekunları barədə söhbətləşdik.

- Məmməd bəy, gənclər yığması uzun illərdən sonra dünya çempionatında medalsız qaldı. Uğursuzluğun səbəbi nə idi?
- Mən son bir ayda böyüklərin İslamiadaya hazırlığı ilə məşğul olmuşam. Dünya çempionatına da komandanı mən yox, böyük məşqçi aparmışdı. Amma uzun müddət gənclər yığmasına rəhbərlik edən biri kimi deyim ki, uğursuzluğun səbəbi uşaqların keçid dövrünü düzgün dəyərləndirə bilməməsi ilə bağlı oldu. Uzun müddət davam edən pandemiya şəraiti - bu üzdən yarışların təşkilində yaranan fasilə təsirini göstərdi. Gənclərin əksəriyyəti ilk dəfə idi ki, belə irimiqyaslı yarışa qatılırdı. Bildiyiniz kimi, Asiya idmançıları bu növdə favoritdirlər. Bizim uşaqların isə çoxu ilk dəfə idi onlarla üz-üzə gəlirdi. Tərslikdən püşk də elə gətirdi ki, millimizin üzvləri erkən mərhələlərdə onlarla düşəsi oldular.

- Yarışdan öncə təxminən hansı nəticəyə ümid edilirdi?
- Nəticə qazanacağına inandığımız uşaqlar var idi. Məsələn, qızlardan Zemfira Həsənzadə ötən il gənclərdə Avropa çempionu olmuşdu. Həmçinin də oğlanların bir neçəsindən medal gözləyirdik. Amma dediyim kimi, pandemiya şəraiti uşaqların istənilən formada olmasına mane oldu. Gənclərin dünya çempionatı sonuncu dəfə 2018-ci ildə keçirilib. Biz həmin vaxt bir qızıl, bir gümüş medal qazanmışdıq. İnandırım sizi ki, o heyət indikindən güclü deyildi. Sadəcə, az öncə dediyim səbəb və idman şanssızlığı amili sözünü dedi. Doğrudur, pandemiya tək bizim üzləşdiyimiz problem deyildi. Sadəcə, fasilə bizdə daha çox oldu. 

- İslam Həmrəyliyi Oyunlarında kişilər yığması istənilən nəticəni göstərə bilmədi. 2017-ci ildə Bakıda keçirilən analoji yarışda qazanılan 4 qızıl, 1 gümüş, 1 bürüncdən sonra bu göstərici - 1 gümüş, 2 bürünc mükafat olduqca ciddi eniş deməkdir. Niyə belə oldu?
- İslamiadadakı nəticəni tam olaraq uğursuzluq saymazdım. Uşaqlar əllərindən gələni etdilər. Uduzan idmançılarımız da özlərindən zəif idmançılara məğlub olmadılar. Başabaş görüşlər getdi. 

- Olimpiya, dünya, Avropa çempionu Radik İsayev ilə ikiqat dünya çempionu Milad Beiqi Hərçəqaninin startdaca tanınmamış idmançılara uduzması onların adına fiasko deyilmi?
- Miladla Radik taekvondoda kifayət qədər sözünü demiş idmançılardır. Radikin bir müddətdir dizində problem var. Bu, ona istədiyi kimi döyüşməkdə müəyyən qədər problem yaradır. Ümumi götürəndə, dediyim kimi, yarış şanssızlığı amili sözünü dedi.

- Amma bu iki idmançı artıq uzun müddətdir ki, onlardan gözləniləni verə bilmir.
- Mən cəmi bir aydır yığmaya baş məşqçi təyin olunmuşam. Əvvəlki nəticələr barədə nəsə demək istəmirəm.

- Məmməd bəy, əslən azərbaycanlı kişi taekvondoçu, başqa sözlə, yerli taekvondo məktəbinin yetirməsi sonuncu dəfə uzaq 2012-ci ildə ölkəmizi Olimpiya Oyunlarında təmsil edib. Bəhs olunan idmançıdan - Ramin Əzizovdan sonra ardıcıl dünya və Avropa çempionatlarında medal qazanan qeyri-legioner də yoxdur. Bu isə elə o anlama gəlir ki, Əzizovdan sonra bizim böyüklərdə dünya səviyyəli taekvondoçumuz yoxdur. Bu qədər boşluq nədən irəli gəlir? 
- Avropa Oyunlarında, yaş qrupları üzrə dünya və Avropa çempionatlarında, gənclərin Olimpiya Oyunlarında nəticələr qazanılıb. Bu müddətdə Cavad Ağayev, Məhəmməd Məmmədov kimi gənclər yetişib. Cavadın cəmi 20 yaşı var, İslamiadanın finalında da olimpiya çempionu ilə başabaş döyüşüb cüzi fərqlə uduzdu. Həm dediyim kimi, mən böyüklərə cəmi bir aydır təyin olunmuşam. Geniş fikir bildirə bilmirəm.

- Ümumilikdə yığmaların qeyd olunan yarışlardakı çıxışı və qarşıdakı böyüklərin dünya çempionatına hazırlıqla bağlı hansı qərarlar gözlənilir?
- Növbəti həftənin ilk günü federasiyada toplantı keçiriləcək. Yarışların nəticəsi müzakirə olunacaq. Ona uyğun da qərarlar veriləcək.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2025
01:29

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

00:08

Azərbaycan atletlərindən AÇ-nin son günündə 4 medal

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

21:14

"Çelsi" Arrisabalaqanı digər İngiltərə nəhənginə satır - MƏBLƏĞ

20:50

Morata "Qalatasaray"ı İtaliya klubuna dəyişir - SON DURUM

20:18

Paytaxt klubu Jiqonun transfer hüquqlarına yiyələndi

19:48

"Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəldilər" - Aleks Telles

19:11

"Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?"

18:52

"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bilindi - RƏSMİ

18:20

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

17:56

"Qarabağ" "İmarət"də - FOTO

17:39

İngiltərə təmsilçisi fransalı mütəxəssisə tapşırıldı - RƏSMİ

17:21

"Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki..." - "Flamenqo"nun müdafiəçisi

17:03

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının başlama vaxtı bilindi

16:44

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi müəyyənləşdi

16:26

"Çox iş görməliyik" - Yevgeni Kukseviç

16:08

"Bayern Münhen" İbrahimoviçi icarəyə verdi - RƏSMİ

15:50

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək

15:35

AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq

15:27

"Qarabağ" Xankəndidəki Qarabağ Universitetində - FOTO

15:17

"Liverpul"un hücumçusu növbəti mövsümə harada başlayacaq? - Maaşı açıqlandı

14:59

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

14:41

Kukseviçin Azərbaycan millisinə təyinatı təsdiqləndi, müqavilə müddəti açıqlandı

14:23

"Qarabağ" Şuşada 1 nömrəli məktəbi ziyarət etdi - FOTO

14:05

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

13:44

"İmişli" 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

13:28

Kriştianu Ronaldunun baş məşqçisi qovuldu - RƏSMİ

13:10

Kanzari "Çelsi"dən aldıqları darmadağından sonra belə danışdı

12:52

"Sumqayıt" daha 3 futbolçusu ilə vidalaşdı - RƏSMİ

12:34

Jalə DÇ-də medal qazanmaq istəyir: "Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam"

12:16

"Sumqayıt" yarımmüdafiəçisi ilə vidalaşdı - RƏSMİ

11:58

Ruslar İsveçrə klubu ilə görüş üçün milyonlar xərclədi

11:39

KONKAKAF: 1/4 final cütləri müəyyənləşdi

11:20

Azərbaycan millisi Berlində toplanışa başladı

10:43

PSJ Messiyə mesaj göndərdi - "Bazar günü görüşənədək"

10:25

"İnter" "Borussiya Dortmund" 1/8-ə çıxa biləcək?

Facebookdan bizi izləməyi unutmayın.
X