Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Pərviz Səmədovun çalışdırdığı kollektiv A qrupundakı dördüncü matçında səfərdə Danimarka yığması ilə qarşılaşıb. Midlfart şəhərində keçirilən qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan yığması seçmə mərhələdə çıxışını xalsız başa vurub.
AVRO-2023, seçmə mərhələ
A qrupu
Danimarka - Azərbaycsn 3:0 (25:19, 25:19, 25:15)