Futbol üzrə Niderland birinci divizionunda 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Helmond”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ozan Can oyuna start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
3 oyuna 9 xal toplayan “Eyndhoven” 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.