"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş tutan görüşün ardından "CBC Sport"a danışıb:
"Hesab bizi aldada bilər. Ancaq rəqib müqavimət göstərirdi. Məncə, daha yaxşı komanda ola bilərik. Qarşıdakı matçlarda daha məzmunlu çıxış edəcəyik. Mövsüm uzundur. Bu görüşü təhlil etdikdən sonra qarşıdakı oyuna hazırlaşacağıq. Hər matç çətindir. Bu il daha yaxşı komanda görəcəyimizə inanırıq".