Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün ikinci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən üçü görüşünü qələbə ilə başa vurub. Günay Məmmədzadə Sara Pappı (Almaniya), Ülviyyə Fətəliyeva Fiona Ziberi (Almaniya), Gülnar Məmmədova Aleksandra Laçı (Polşa) yenib.
Ləman Hacıyeva Marta Qarsiya (İspaniya) ilə "sülh bağlayıb".
Gövhər Beydullayeva Nadya Tonçevaya (Bolqarıstan), Xanım Balacayeva sloveniyalı Nadya Şpankoya, Səbinə İbrahimova ermənistanlı Anna Sarkisyana uduzub.
İki turdan sonra Məmmədzadə ilə Fətəliyeva maksimum göstəriciyə sahibdirlər. Məmmədova ilə Hacıyevanın 1,5, Beydullayevanın 1, İbrahimova və Balacayevanın 0,5 xalı var.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq