Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün üçüncü turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə tur çərçivəsində İnna Qaponenko (Ukrayna) ilə, Ülviyyə Fətəliyeva Alisya Sliviçka (Polşa) ilə, Gülnar Məmmədova Yovana Eriklə (Serbiya) qarşılaşacaq.
Ləman Hacıyeva Szidonia Lazarnenin, Gövhər Beydullayeva Natali Kanakovanın (Çexiya) müqavimətini qırmağa çalışacaq. Digər təmsilçilərimizdən Xanım Balacayeva ukraynalı Maritsa Tsirulniklə, Səbinə İbrahimova almaniyalı Luiza Başilina ilə münasibətləri aydınlaşdıracaq.
İki turdan sonra Məmmədzadə ilə Fətəliyeva maksimum göstəriciyə sahibdirlər. Məmmədova ilə Hacıyevanın 1,5, Beydullayevanın 1, İbrahimova ilə Balacayevanın 0,5 xalı var.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.