Azərbaycanın yeniyetmə cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda dünya çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, 24-28 avqustda təşkil olunacaq yarışda ölkəmizi baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov, Nicat Şıxəlizadə və Elnur İsmayılovun rəhbərliyi altında 14 (9 oğlan, 5 qız) idmançı təmsil edəcək.
Oğlanlar
50 kq
Məhəmməd Məmişov
55 kq
Şahin Oruczadə
60 kq
Nizami İmranov
66 kq
Əbil Yusubov
Nicat Nağıyev
73 kq
Əli Hacızadə
Nahid Tarquliyev
81 kq
Camal Bağışov
+90 kq
Ramazan Əhmədov
Qızlar
48 kq
Aydan Vəliyeva
52 kq
Fidan Qasımova
Vüsalə Hacıyeva
57 kq
Fidan Əlizadə
+70 kq
Nigar Süleymanova
Qeyd edək ki, cüdoçular 24-27 avqust tarixlərində fərdi yarışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.