Sosial şəbəkələrdə canlı yayımda öz pərəstişkarları ilə ünsiyyət quran respublikanın xalq artisti Bilal Əliyev tez-tez futbol üzrə İngiltərə millisinin və "Mançester Yunayted" klubunun geyimləri görüntülənib.
Fanat.Az xəbər verir ki, bu fakt bir çox futbol izləyiciləri arasında sual doğurub. Daha doğrusu onun həqiqətən də İngiltərə futbolu azarkeşi olub-olmaması marağa səbəb olub.
62 yaşlı sənətçi saytımıza açıqlamasında bu məsələyə aydınlıq gətirib:
"Bu geyimləri təsadüfən seçmişəm. Bildirmək istəyirəm ki, mənim futbolla heç bir əlaqəm yoxdur. Sadəcə olaraq onların görünüşü xoşuma gəlib. Bu səbəbdən onları alıb geyinirəm".
Emin Şəmsiyev