Almaniyanın Münhen şəhərində qarışıq idman növləri üzrə Avropa çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, idman gimnastikası üzrə keçirilən yarışlarda ölkəmizi 8 kişi və 4 qadın idmançı təmsil edib.
Milli üzvlərindən ən yaxşı nəticəni Nikita Simonov və İvan Tixonov göstəriblər. N.Simonov halqalar ilə hərəkətlərdə, İ.Tixonov isə dayaqlı tullanmada final mərhələsinə adlayıblar. Həlledici mərhələdə hər iki idmançımız 6-cı olub.