Türkiyənin "Fənərbağça" klubu Azərbaycan millisinin qadın futbolçusu Nazlıcan Parlakı heyətinə qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Nazlıcan Parlak son olaraq "Konak Belediyespor"da çıxış edib. Parlak 2019-cu ildən Azərbaycan yığmasının şərəfini qoruyur.