Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, 25 avqustda başlayacaq və 3 sentyabra qədər davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət yığmasının üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edəcək.
120-dən artıq idmançının qatılacağı təlim-məşq toplanışına Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları qatılacaq.
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına, gənc oğlanlardan ibarət milli üçün isə 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq.