Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalda növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster altıncı turda Saleh Salem (BƏƏ) ilə üz-üzə gəlib. Matç qara fiqurlarla oynayan rəqibin qələbəsi ilə yekunlaşıb.
Məğlubiyyət Muradlını yarış cədvəlində 23 pillə geri salıb. 3,5 xalı olan son Azərbaycan çempionu hazırda 38-cidir. Lider 5 xal hasil edən Arcun Eriqaysidir (Hindistan).
Muradlının növbəti turdakı rəqibi Hüseyn Aziz (Qətər) olacaq.
Qeyd edək ki, 76 şahmatçının iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olacaq.