Azərbaycan güləşçiləri 15-21 avqustda Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 dünya çempionatında medalların əyyarına görə ümumkomanda hesabında üçüncü olub.
Fanat.Az xəbər verir ki, ölkəmiz 5 qızıl, 1 gümüş və 3 bürünc medalla Yaponiya (9 qızıl, 1 gümüş, 5 bürünc) və İrandan (7 qızıl, 3 gümüş, 6 bürünc) geri qalıb.
Qeyd edək ki, mundialda sərbəst güləşçilərdən Kənan Heybətovla (70 kq) Cəbrayıl Qadjiyev (74 kq), yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) çempion olublar. Gümüş medalı Zirəddin Bayramov (sərbəst güləş, 65 kq), bürünc mükafatları isə Gültəkin Şirinova (qadın güləşi, 50 kq), Nihat Məmmədli (yunan-Roma, 60 kq) və Laçın Vəliyev (yunan-Roma, 87 kq) qazanıblar.