Azərbaycan Premyer Liqasının III turunda bir görüş baş tutmadı. Peşəkar Futbol Liqasının (PFL) "Turan Tovuz" - "Qarabağ" matçını təxirə saldı. Bu qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul olundu.
Bəs matç nə vaxt oynanılacaq?
Fanat.Az bunu aydınlaşdırmaq üçün PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxlayıb:
"Qarabağ" Çempionlar Liqasındakı oyunlar səbəbindən sıx qrafiklə çıxış edir. "Turan Tovuz"la matçın vaxtını müzakirə etməmişik. Bunun üçün "Viktoriya" ilə bugünkü oyunu gözləyirik. Bu oyundan sonra klub rəsmiləri, o cümlədən "Turan Tovuz" tərəfi ilə görüşüb görüşün vaxtı ilə bağlı müzakirə aparacağıq. Yəqin ki, yaxın günlərdə təxirə salınmış görüşlə bağlı qərar PFL-in rəsmi saytında açıqlanacaq".
Mirağa