Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticədə Azərbaycanın 13 (9 oğlan, 4 qız) təmsilçisinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.
Oğlanlar
50 kq
1/8 final. Məhəmməd Məmişov - Emiliano Lattanzi (İtaliya)
55 kq
1/8 final. Şahin Oruczadə - Denis Qalabov (Bolqarıstan) / Vahe Ağasyan (Ermənistan) cütünün qalibi
60 kq
1/16 final. Nizami İmranov - Matiya Yeremiç (Serbiya) / Françesko Sampino (İtaliya) cütünün qalibi
66 kq
1/16 final. Əbil Yusubov - Mohumadeou Mboup (Seneqal) / Luka Katiç (Xorvatiya) cütünün qalibi
1/16 final. Nicat Nağıyev - Ernane Neves (Braziliya) / Samuel Hager (Slovakiya) cütünün qalibi
73 kq
1/16 final. Əli Hacızadə - İmran Qusiç (Bosniya və Herseqovina)
1/32 final. Nahid Tarquliyev - Taras Nielziev (Ukrayna)
81 kq
1/16 final. Camal Bağışov - Askar Birjanov (Qazaxıstan)
+90 kq
1/16 final. Ramazan Əhmədov - Zan Kostanjsek (Sloveniya)
Qızlar
48 kq
1/16 final. Aydan Vəliyeva - Zarina Camalova (Özbəkistan)
52 kq
1/16 final. Vüsalə Hacıyeva - Yi-Hsi Şen (Taypey)
57 kq
1/16 final. Fidan Əlizadə - Gülzade Korkmaz (Türkiyə)
+70 kq
1/16 final. Nigar Süleymanova - Sevinç Turakulova (Özbəkistan)
Qeyd edək ki, cüdoçular 24-27 avqust tarixlərində fərdi yarışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.