"Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan "Qarabağ"a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!"
Fanat.Az xəbər verir ki, bunu "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov şəxsi "Twitter" hesabında yazıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Çexiya "Viktoriya"sına (Plzen) 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.