Voleybol üzrə kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları başa çatıb.
Fanat.Az xəbər verir ki, təsnifat mərhələsində yeddi qrupda ümumilikdə 25 komanda mübarizə aparıb.
Yekunda dörd yığma - Azərbaycan, Farer adaları, İslandiya və Gürcüstan matçlarını xalsız tamamlayıb.
Qeyd edək ki, A qrupunda yer alan Pərviz Səmədovun çalışdırdığı kollektiv Danimarka (1:3, 0:3) və Türkiyəyə (0:3, 0:3) uduzub.