Azərbaycanlı futzalçılar Almaniyanın "Ştutqart" klubuna transfer olunublar.
Fanat.Az xəbər verir ki, söhbət Fərid Atakişiyev və Anar İsayevdən gedir.
Qeyd edək ki, bu komanda dünən Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib. Almaniya təmsilçisi açılış oyununda Türkiyə çempionu "İstanbul Şişli"ni sınağa çəkib və 4:2 hesabı ilə qalib gəlib. Ancaq futzalçılarımız açılış oyununda iştirak etməyiblər. Belə ki, sənəd probleminə görə UEFA Anarla Fəridin sifariş olunmasına icazə verməyib. Maraqlıdır ki, "Ştutqart" bu oyunda 2-si qapıçı olmaqla cəmi 7 futzalçının xidmətindən yararlana bilməsinə rəğmən, qələbə qazanıb.
Türkiyəlilərlə yanaşı, İsveçin "Örebro" və Gürcüstanın "Georgians" kollektivləri ilə birgə F qrupunda yer alan "Ştutqart" növbəti matçını bu gün Tbilisi komandasına qarşı keçirəcək.
Bu qrupun qalibi əsas mərhələdə Azərbaycan çempionu "Araz-Naxçıvan"in rəqibi olacaq.
Mirağa