Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalın "Masters" yarışında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster sonuncu - IX turda ermənistanlı Samvel Ter-Sahakyanla üz-üzə gəlib. Qarşılaşma ağ fiqurlarla oynayan rəqibini qələbəsi ilə bitib.
Beləliklə, 5,5 xal toplayan son Azərbaycan çempionu turniri 33-cü pillədə tamamlayıb. Qalib 7,5 xalla Arcun Eriqaysi (Hindistan) olub.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda ümumilikdə 76 şahmatçı mübarizə aparıb.