19:18 25.08.2022 290

DÇ: Azərbaycan cüdoçularından daha iki medal

Azərbaycan daha iki cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında medal qazanıb.

Fanat.Az xəbər verir ki, qızların 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə macarıstanlı Luka Veq ilə qarşılaşıb. Rəqibinə qalib gələn təmsilçimiz yarışın bürünc medalını qazanıb.

Oğlanların 60 kq çəkisindəki Nizami İmranov bürünc görüşündə fransalı Dayyan Boulemtafeslə üz-üzə gəlib. Rəqibini "vaza-ari" xalı ilə üstələyən cüdoçumuz Azərbaycana üçüncü medalı qazandırıb.

Nicat Nağıyev (66 kq) isə üçüncü yer uğrunda italiyalı Federiko Bosislə qarşılaşıb və rəqibinə "ippon"la uduzaraq beşinci olub.

Qeyd edək ki, daha əvvəl oğlanların 55 kq çəki dərəcəsində yer alan Şahin Oruczadə gümüş medala yiyələnib.

*** 16:19

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 5 təmsilçisi tatami üzərinə çıxıb.

Oğlanların 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nizami İmranov Matiya Yeremiç (Serbiya), Retsu Matsunaqa (Yaponiya) və Kristian Genovu (Bolqarıstan) yenərək yarımfinala yüksəlib. Bu mərhələdə gürcüstanlı Davit Kareli ilə üz-üzə gələn cüdoçumuz qadağan olunmuş fənd işlətdiyi üçün "hansoku-make" ilə cəzalandırılıb və rəqib qalib elan edilib. İmranov bürünc medal uğrunda fransalı Dayyan Bulemtafes ilə üz-üzə gələcək.

Əbil Yusubov (66 kq) Mouhamedou Mbopu (Seneqal), ardınca Abdullah Turqutlunu (Türkiyə) üstələyərək 1/4 finalda digər təmsilçimiz Nicat Nağıyevə rəqib olub. Dueldən qalib ayrılan Nağıyev finalın bir addımlığında özbək Şohcaxon Otaboevə uduzub. Nicat üçüncü yer üçün italiyalı Federiko Bosislə qarşılaşacaq. 

Qızlardan Aydan Vəliyeva (48 kq) 1/16 finalda Zarina Camalovanı (Özbəkistan), ardınca Aitana Dias Hernandesi (İspaniya) yensə də, 1/4 finalda italiyalı İlaria Finestroneyə uduzub. Təsəlliverici görüşə qatılan Avropa çempionumuz Fransa cüdoçusuna qalib gələrək "bürünc" uğrunda döyüşmək imkanı qazanıb. Həlledici dueldə onun rəqibi macarıstanlı Luka Veq olacaq.

 Vüsalə Hacıyeva (52 kq) isə startdaca Yi-Hsi Şenə (Taypey) məğlub olaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış gününü bir medalla tamamlayıb. Oğlanların 55 kq çəki dərəcəsində Şahin Oruczadə yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb. 

Beş gün davam edəcək dünya birinciliyinə Azərbaycan 13 (9 oğlan, 4 qız) idmançı ilə qatılıb. Cüdoçular 27 avqustadək fərdi çıxışlarda, 28 avqustda isə komanda turnirində iştirak edəcəklər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X