Bu gün ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Grand Chess Tour" seriyasının növbəti mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, rapid və blits üzrə keçiriləcək turnirin ilk günündə rapid üzrə üç tur oynanılacaq.
Görüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Avqustun 30-dək davam edəcək yarışda Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynyer Dominqes, Hikaru Nakamura, Samuel Şenklend, Cefri Şonq (hamısı ABŞ) və Yan Nepomnyaşi (FIDE) mübarizə aparacaq.
Turnirin mükafat fondu 175 000 ABŞ dollarıdır.