Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı başlayıb.
Fanat.Az xəbər verir ki, sentyabrın 3-dək davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət millisinin üzvləri ilə yanaşı, Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları da iştirak edirlər.
Hazırlığa 120-dən çox idmançı, həmçinin Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları qatılıb.
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün oktyabrın 6-12-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına, gənc oğlanlardan ibarət millimiz üçün sentyabrın 15-18-də Çexiyanın paytaxtı Praqada təşkil ediləcək Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır.