17:24 26.08.2022 2616

Və yenə Şahruddinli "Qarabağ" haqda 

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında - Çexiya çempionu "Viktoriya" ilə ikinci görüşdə 1:2 hesabı ilə uduzaraq qrupa düşə bilməyən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev böyük səhvlə yadda qaldı. Azərbaycan millisinin dağıstanlı qolkiperinin belə məsul görüşdə çıxışda uğursuz oynaması hesabın bərabərləşməsinə yol açdı və möhtəşəm uğurun biraddımlığında olan ağdamlıların oyun düzənini pozdu. 

Sonrası bəllidir... Plzen təmsilçisi doğma publika önündə daha bir kuryoz qola sevinərək azərbaycanlı azarkeşləri üzüntülərə qərq etdi... İsti başla "Qarabağ"a və Şahruddinə qarşı tənqidi fikirlər səsləndirən azarkeşləri anlamaq çətin deyil. "Qırmızı xətt"i keçib təbiyəsizlik edənləri nəzərə almasaq, tərəfdarların sarsıntısı başadüşüləndir. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun və baş direktoru Əmrah Çəlikəlin görüşün ardından Məhəmmədəliyevi dəstəkləməsi isə sadəcə, örnək statusu daşıyır. Qeyri-futbol ölkəsini böyük futbol müstəvisində dünyaya tanıtmaq missiyasını boynuna götürən camiənin bütün uğurlarının təməlində məhz bu birlik, bu ailə ab-havası dayanır. Zatən, başqa cür olsaydı, bu klubun adı "Qarabağ" olmazdı.

Çexiyadakı matç geridə qalıb. İrəli baxmaq zamanıdır. Dünənlə yaşamayan Ağdam təmsiçisi Avropa Liqasında mübarizəyə hazırlaşır. Şahruddinli "Qarabağ"ın püşkatmada ikinci səbətdə yer alması ölkə futbolu adına daha bir ilkdirsə, sözügedən turnirdə indiyədək görmədiyimiz nəticələrə imza atmaq şansı yeni üfüqlər deməkdir. "Köhlən atlar" qrupdan çıxa, daha da irəli gedə, qitəmiqyaslı turnirlərdə bir mövsümdə vurduğu özünəməxsus qol və qələbə rekordlarını yeniləyə və daha çox iş görə bilər.

Artıq ağdamlıların AL-dəki rəqibləri də bəllidir. Azərbaycan çempionu "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la birlikdə C qrupunda yer alıb. "Qarabağ"ın baş məşqçisinin bu komandalarla matçlarda milli futbolçularımızdan yalnız Şahruddinə deyil, Bədavi Hüseynov, Qara Qarayev, Bəhlul Mustafazadə, Toral Bayramov, Emin Cəfərquliyev, Abbas Hüseynov, Musa Qurbanlı, Filip Ozobiç, Riçard Almeydaya güvənəcəyi şübhə doğurmur. Təcrübəlilər öz yerində, gənc yığma üzvləri üçün bu matçların nə demək olduğunu yenidən izah etməyə çalışmaq uzunçuluq sayılar. 

Şübhəsiz, azərbaycanlı futbolsevərlərin güvən yeri AL-də keçirdiyi ilk uğurlu görüşün ardından Plzendəki qarşılaşmadan qalan incikliklər unudulacaq. Bu gün "Ağdam təmsilçisi Şahruddini göndərməli, Qurban Qurbanov başqa qapıçı gətiməlidir", "Qarabağ"a daha bir legioner hücumçu və əcnəbi mərkəz müdafiəçisi lazımdır", "Qurban Qurbanov daha ucaboy futbolçulara güvənməlidir" və buna bənzər qeyri-peşəkar fikirlər səsləndirənlər növbəti məğlubiyyətə qədər susacaq. Bəli, futbol belədir. Bu idman növünün fəlsəfəsini dərindən anlamayanlar üçün böyük ölçüdə nəsə dəyişməyəcək. Yenə uğurlu qarşılaşmaların ardından təriflər yağdıracaq, yenilgilərdən sonra ağız büzəcək, səhvə yol verəni qaralayacaqlar.  Əlbəttə, sadalananları bir-bir bütün futbol həvəskarlarına, sosial şəbəkə istifadəçilərinə başa salmaq mümkünsüzdür. Amma Azərbaycan futbolu, ölkənin idman şərəfi, milli və mümkün olandan artığını edən "Qarabağ" naminə reallıqla hesablaşmaq, suları bulandırmaq üçün məqam axtaranların əlinə fürsət verməmək çox vacibdir. Avropa macərasına davam!

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
19:39

"Layihəmqəbulolunsa, davam etmək istəyirəm-Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X