Futbol üzrə Azərbaycan I Divizionunda II turun oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, Gəncə şəhər stadionunun ehtiyat meydançasında təmir və yenidənqurma işləri aparıldığı üçün "Kəpəz-2"-nin "Turan Tovuz-2" ilə görüşünün qrafikində dəyişiklik edilib.
Belə ki, hər iki komandanın razılığı ilə I Divizionunun 2-ci turunun oyunu “Turan Tovuz-2” – “Kəpəz-2”, 17-ci turun oyunu “Kəpəz-2” – “Turan Tovuz-2” kimi qeyd olunub.
Turun 4 matçı PFL-in yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
30 avqust
“Neftçi-2” – “Qaradağ Lökbatan”
Türk Hava Yolları Futbol Mərkəzi, IV meydança, 17:00
“Zaqatala” – “Mingəçevir”
Zaqatala OİK stadionu, 16:30 (canlı/pfl.az)
“Qarabağ-2” – MOİK
Binə qəsəbə stadionu, 16:30 (canlı/pfl.az)
31 avqust
“İmişli” – “Araz Naxçıvan”
Saatlı OİK stadionu, 17:00 (canlı/pfl.az)
“Şamaxı-2” – “Qəbələ-2”
Şamaxı şəhər stadionu, 16:30
“Sumqayıt” – “Zirə-2”
“Kapital Bank Arena”, 17:00 (canlı/pfl.az)
“Turan Tovuz-2” – “Kəpəz”
Tovuz şəhər stadionu, 16:00