İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqiblərindən olan "Nant"la bağlı qərar verib.
Fanat.Az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın mərhum futbolçu Emiliano Salanın transferi ilə bağlı 25 sentyabr 2019-cu ildə verdiyi qərarı qüvvədə saxlayıb.
Beləliklə, "Kardiff Siti"nin verdiyi apellyasiya şikayətini rədd edilib. "Nant" CAS-ın bu gün verdiyi qərarı alqışlayıb.
Beləliklə, Uels klubu təyyarə qəzasında dünyasını dəyişən Salaya görə "Nant"a 15 milyon funt-sterlinqlik transfer haqqını, üstəlik prosessual və arbitraj xərcləri ödəyəcək.
"Qarabağ"ın rəqibi tərəfindən yayılan açıqlamada prosesin nəhayət, başa çatmasından məmnunluq ifadə olunub.
Mirağa