"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcı komandasının oyunundan razı qaldığını bildirib:
"Hər iki komandanın imkanları var idi. Yeni yığılan kollektivik. Hər bir xal vacibdir. Belə mübarizəli oyunlar bizim üçün təcrübədir. Gənc oyunçularımız var, onlara güvənirik. Sumqayıta rəqib kimi gəlmək başqa hissdir. Haqsız şəkildə göndərildim. Layiq olmadığım kimi getdim. "Sumqayıt" azarkeşlərindən incidim. Alqış düşə bilərdi. Bəlkə də, kimsə onlara dedi ki, sakit durun. Komandanı avrokuboka çıxaran baş məşqçini alqışlamaq olardı".
Abbasov tovuzlu azarkeşlərin doğma meydanda komandaya dəstək olduğunu söyləyib:
"Orada oynamaq "Sumqayıt" üçün çətin olacaq. Çalışacağıq ki, Tovuzda hər kəsə dişimizi göstərək".
Emin