"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Turan Tovuz"la qolsuz heç-heçə etdiklləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis yaxşı təşkilatlanmış komandaya qarşı oynadıqlarını bildirib:
"Ələ düşən fürsətləri dəyərləndirməli idik. Ötən matçla müqayisədə 2 dəyişiklik etdik. Xal itirməyimizə don geyindirmək istəmirəm. Bəzi oyunçuları ötən turdan əvvəl görmüşəm. Bir məqam da var ki, ilk 3 turda güclü rəqiblərlə oynamışıq. Yeni futbolçular var. Onlar üçün bu ölkə və çempionat yenidir. Uyğunlaşamaları üçün vaxt lazımdır. Qol imkanlarından yararlana bilmədik. Çox danışmaq istəmirəm".
Emin