Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, rapid və blits üzrə turnirin ilk günündə üç tur oynanılıb. 37 yaşlı qrossmeysterimiz açılış turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə qarşılaşıb və matçın 45-ci gedişində məğlubiyyətlə üzləşib. Ardından ABŞ-ı təmsil edən Levon Aronyanla "sülh bağlayan" Məmmədyarov üçüncü turda fransalı Maksim Vaşye-Laqrava uduzub.
10 şahmatçının qatıldığı turnirdə iştirakçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blitsdə çıxış edəcəklər.
Qeyd edək ki, yarışın mükafat fondu 175 000 ABŞ dollarıdır.