"Kəpəz" Misli Premyer Liqasının IV turunda səfərdə "Səbail"ə 1:4 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçın gedişində və oyundan sonra Gəncə azarkeşləri komandanın baş məşqçisi Yaşar Vahabzadəni istefaya səsləyiblər.
Fanatlar hətta 62 yaşlı mütəxəssis "CBC Sport"a müsahibə verərkən istefa şüarlarını davam etdiriblər.
Vahabzadə isə məğlubiyyəti belə şərh edib: “İki fərqli hissə gördük. Öz səhvlərimzidən qollar buraxdıq. Qırmızı vərəqələr də təsirini göstərdi. Futbolçular pis təsir bağışlamır. Oyunda nə isə çatmır. Futbolçumuz ötürmə verəndə hakim kimləsə danışır. Bunlar futbolda olan şeylərdir”.
Qeyd edək ki, "Kəpəz" çempionatda keçirdiyi 4 qarşılaşmanın hamısında məğlub olub.