Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək. Görüş CBC Sport telekanalı ilə canlı yayımlanacaq.
İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Millimiz Gürcüstanı həm evdə, həm də səfərdə eyni hesabla məğlub edib - 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.
Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.
AVRO-2023, seçmə mərhələ
D qrupu (qadınlar)
28 avqust
18:00. Azərbaycan - Avstriya
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)
Bakı, Voleybol Mərkəzi