"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Nant" bazar günü Fransa Liqa 1-in 4-cü turu çərçivəsində "Tuluza"ya 3:1 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, "La Beaujoire"də baş tutan matçın gedişində qapısında erkən qol görən "Nant" ikinci hissənin əvvəlində Evann Gessand, Mustafa Məhəməd və Moses Simonun qolları sayəsində geridönüş edərək inamlı qələbə qazanıb.
Oyunun videogörüntüsünü təqdim edirik: