Fransa hakimiyyəti reketlərin "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbadan külli miqdarda pul qoparmaq cəhdini araşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "francetvinfo" saytı məlumat yayıb.
Futbolçunun dediyinə görə, onun uşaqlıq dostları və "kapüşon" geyinmiş tanımadığı iki şəxs avtomat silahla hədələyərək 13 milyon avro tələb ediblər.
Poqba qarətçilərdən birinin onun qardaşı Matiasın olduğunu da istisna etmir.
Cinayətkarlar son 13 il ərzində futbolçuya gizli şəkildə mühafizə xidməti göstərdiklərini və bu üzdən Poqbanın onlara borclu olduğunu iddia edirlər.
Emin