"Qarabağ"ın rəqibi "Olimpiakos" Fransadan futbolçu transfer edir.
Fanat.Az "L'Équipe"yə istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi "Olimpik Marsel"in müdafiəçisi Cordan Amavinin keçidini həll etməyə yaxındır.
27 yaşlı futbolçu bu mövsüm "Olimpiakos"da icarə əsasında çıxış edəcək. O, bu ilin əvvəlindən "Nitsa"da icarədə olub. Yayda "Olimpik Marsel"in düşərgəsinə dönsə də, baş məşqçi ilə mübahisə etdiyi üçün komandadan ayrı, fərdi şəkildə məşq edib.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək.
Mirağa