Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour"un 4-cü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, rapid və blits üzrə turnirdə ötən gün blits mərhələsinə start verilib. 37 yaşlı qrossmeysterimiz matçlarından üçünü qələbə, ikisini heç-heçə, dördünü məğlubiyyətlə başa vurub.
Bu nəticələrdən sonra təcrübəli şahmatçı 13 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Lider 18 xal toplayan Firuzcadır.
Bu gün blits üzrə daha 9 turun oyunları ilə mübarizəyə yekun vurulacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 175 000 ABŞ dollarıdır.