Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərində keçirilən "Grand Chess Tour"un IV mərhələsində məzəli hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə blits qarşılaşmasında səhvə yol verib.
Məmmədyarov at fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb.
Qeyd edək ki, qarşılaşma Yan Nepomnyaşinin qələbəsi ilə bitib. Hazırda hesabında 13 xal olan Məmmədyarov turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Nepomnyaşi isə 14 xalla 4-cüdür. 10 qrossmeysterin iştirak etdiyi rapid və blits turnirinə bu gün yekun vurulacaq.
Shakh and Ian cannot stop laughing after Shakh's illegal move in the game. #grandchesstour #stlchessclub #STLRapidBlitz pic.twitter.com/3pkvvlnmhj
— Grand Chess Tour (@GrandChessTour) August 29, 2022