İbrahima Vadjini “Sent-Etyen”ə satan “Qarabağ” hücumçu axtarışını davam etdirir. Mətbuatda Ağdam təmsilçisinin "Şerif"in forvardı, Qvineya millisinin üzvü Momo Yansane ilə anlaşdığı barədə məlumat yayılsa da, klub bu xəbəri təkzib edib.
"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a bu barədə açıqlama verib: "Momo Yansane ilə bağlı informasiya həqiqəti əks etdirmir. "Qarabağ"ın transfer etdiyi futbolçuların siyahısında onun adı yoxdur".
Qeyd edək ki, "Qarabağ" İbrahima Vadjini "Sent-Etyen"ə 1,6 milyon avroya satıb. "Köhlən atlar"ın Avropa Liqasının qrup mərhələsinin startına qədər yeni hücumçu almaq istədiyi bildirilir. Azərbaycanda transfer pəncərəsi sentyabrın 1-də başa çatacaq.
Mirağa