15:48 30.08.2022 553

Vadjinin gedişinə sözardı 

"Qarabağ"ın hücumçusu İbrahima Vadjinin "Sent-Etyen" klubuna keçidi bu gün rəsmiləşdi.

Seneqallı forvard Fransa təmsilçisinə Azərbaycan klubları üçün rekord məbləğə - 1,6 milyon avroya satıldı.

Ağdamlıların forması ilə çıxdığı 36 oyunda 20 qol və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən ön xətt oyunçusunun iş yerini dəyişməsinə sevinənlər də var, üzülənlər də...

Artıq karyerasının Azərbaycan hissəsini geridə qoyan legionerin niyə satıldığı və "Qarabağ"da yerinin görünüb-görünməyəcəyi isə əsas müzakirə mövzusudur. 

Qurbanov getmək istəyəni saxlamır

"Sent-Etyen"in Azərbaycan komandasının futbolçusunu transfer edəcəyi avqustun sonlarında açıqlansa da, onqat Fransa çempionunun nümayəndələrinin Vadjini Konfrans Liqasında bəyəndiyi bəllidir. Rəsmi təklif alınandan sonra İbrahima karyerasını bu ölkədə davam etdirmək variantına isti yanaşdığını gizlətməyib və baş məşqçi Qurban Qurbanovla söhbət zamanı "yaşıllar"ın formasını geyinməyi gələcək karyerası baxımından vacib addım saydığını deyib. Belədə, getmək istəyən oyunçulara problem yaratmayan mütəxəssis kimi tanınan Qurbanov onun avrokubokların qrup mərhələsinə qədər komandaya kömək etməsini istəyib. Digər tərəfdən, Norveçin "Höuqesunn" klubundan 500 min avroya alınan oyunçunun 3 dəfədən də artıq qiymətə satılması böyük biznes sayılan futbolda Azərbaycan klubu adına ciddi uğurdur. Razılaşaq ki, bu məbləğə yetərincə səviyyəli qoleador tapmaq olar. 

Zəif və güclü tərəfləri

Vadjinin Azərbaycan təmsilçisindəki çıxışını hər birimiz izləmişik. Fiziki güc baxımından Avropa standartlarına cavab verən afrikalının sürət problemi də yoxdur. Rəqib müdafiəsini təzyiqdə saxlamağı bacaran, əks-hücumlar zamanı yetərincə effektli görünən bu futbolçunun başla oyunu haqda ağız dolusu danışmaq absurddur. 175 santimetr boya malik İbrahima birəbir mübarizələrdən çəkinən biri olmasa da, "ikinci mərtəbə"də belə desək, boyundan yuxarı tullanmağı bacarmır. Düzdür, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında - "Ferentvaroş"la Macarıstandakı görüşdə (3:1) qapıçı Şahruddin Məhəmmədəliyevin uzun ötürməsindən sonra yerə dəyən topu Kadiyə məhz başla ötürmüş, epizodun davamında isə braziliyalının assistentliyi ilə ikinci qolu vurmuşdu. Ancaq bu fakt belə, onun başla xaruqələr yaratdığını söyləməyə əsas vermir. 

Soldan nadir hallarda istifadə edən İbrahimanın güclü sağ ayağı ilə endirdiyi zərbələrə çox şahidlik etmişik. Şübhəsiz, hər iki ayağından eyni səviyyədə yararlana bilsəydi, yəqin ki, belə fiziki güclə qiyməti indikindən 3 dəfə baha olardı. Nominal hücumçu üçün əsas üstünlüklərdən biri də qapıçı ilə üzbəüz qaldığı epizodları düzgün dəyərləndirmək məharətidir. Bu baxımdan Vadjini usta adlandırmaq çətin məsələdir. Vurğuladığımız məqama Misli Premyer Liqası yox, avrokubok matçları prizmasından yanaşsaq, İbrahimanın ümidləri doğrultmadığını qabartmalıyıq. Başqa sözlə, Vadjinin bitirici vuruş texnikası arzulanan səviyyədə deyil.

Yeri görünəcəkmi?

İbrahimanın yerinə yeni futbolçu transfer ediləcəyi şübhə doğurmur. Transfer pəncərəsinin bağlanmasına bir gün qaldığını nəzərə alsaq, Ağdam təmsilçisi böyük ehtimalla, azad agent statusu daşıyan hücumçu alacaq. "Köhlən atlar"ın sıralarına cəlb ediləcək oyunçunun seneqallıdan üstün və ya aşağı performans sərgiləyəcini təbii ki, zaman göstərəcək. Hər şey ağdamlıların məşqçilər heyətinin hansı namizədə"gəl" deyəcəyindən və yeni forvardın komandaın oyun tərzinə, Qurbanovun futbol fəlsəfəsinə necə və hansı müddətə uyğunlaşacağından asılıdır. İndilik bəlli olan budur ki, Qurban bəy mövqeli hücumlar zamanı Vadjidən daha faydalı ola biləcək bir neçə forvard arasında seçim edir. Potensial "9 nömrə"lər arasından mümkün qədər universalı və fərdi oyun tərzi ciddi perspektiv vəd edəni komandaya götürüləcək.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X