İtaliyanın "Venesiya" klubu Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışevi transfer etmək variantını nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist Canluka Di Martsio məlumat yayıb.
Mənbənin sözlərinə görə, yaxın vaxtlarda Çerışevin nümayəndələri “Venesiya” rəhbərliyi ilə görüşərək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, Denis Çerışevin son klubu "Valensiya" olub. Yarımmüdafiəçi hazırda azad agentdir.
Emin