19:05 23.03.2014 858

"Qarabağ" yenə coşdu, "Qəbələ" 5-ə "sürüşdü"

Topaz Premyer Liqasında XXVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, qarşılaşmalardan üçü Bakıda, ikisi əyalətdə baş tutub.

Tura "Qəbələ" - "İnter" oyunu ilə start verilib. Kubokda mərhələ keçsə də, çempionatda uğursuz çıxış edən Yuri Syominin komandası böyük hesabla uduzub - 1:4. Hesabı 14-cü dəqiqədə Baçana Tsxadadze açıb. 46-cı dəqiqədə fərqi artıran Mikel Alvaro 8 dəqiqə sonra dublunu rəsmiləşdirib. 57-ci dəqiqədə Matiya Spiçiç hesabı 4:0-a çatdırıb. Əsas vaxtın sonuna bir dəqiqə qalmış isə Viktor Mendi "Qəbələ"nin təsəlli qoluna imza atıb.

"Xəzər Lənkəran" "Simurq"u qəbul edib. Kubokda mərhələ adlayan "Xəzər Lənkəran" doğma meydanda yenilib - 1:3. Hesabı 15-ci dəqiqədə Rəşad Eyyubov açıb. 6 dəqiqə Stepan Polyak fərqi artırıb. 78-ci dəqiqədə Junior Nildo fərqi azaltsa da, 7 dəqiqə sonra Anderson Oliveyra "Simurq"un üçüncü qolunu vurub. Beləliklə, Zaqatala klubu keçirdiyi ardıcıl 6-cı matçında meydanı xalla tərk edib. 

"Bakı" AZAL-ın qonağı olub. Vaqif Sadıqovun yerinə gələn Tərlan Əhmədov debüt matçında uğursuzluğa son qoymaq istəsə də, alınmayıb. Hesabı 30-cu dəqiqədə Yure Travner açıb. 9 dəqiqə sonra Con Oluremi bərabərliyi təmin edib. 47-ci dəqiqədə Aylton avtoqola imza ataraq, "Bakı"nın qələbəsinə yardımçı olub - 2:1.

Azərbaycan Kubokunun yarımfinalında rəqib olan "Rəvan" və "Neftçi" "Bayıl Arena"da qarşılaşıb. Matçın taleyini bir qol həll edib. 10-cu dəqiqədə Ruslan Qurbanovun vurduğu top "Neftçi"yə qələbə qazandırıb. 71-ci dəqiqədə meydandan qovulan Mişel Balokoq "Rəvan"ı azlıqda qoyub. 

Lider "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək. Qurban Qurbanovun komandası kubokda "Qəbələ"yə yenilsə də, çempionatdakı son 3 matçında "Neftçi" (4:1), "Bakı" (4:0) və "İnter"i (3:0) darmadağın etmişdi. Ağdamlılar dördüncü oyunu da darmadağınla başa vurub - 3:0. 70 dəqiqəsi qolsuz bərabərliklə tamamlanan matçda Reynaldo Silva iki dəqiqəyə dubl edib. 76-cı dəqiqədə Riçard Almeyda fərqi 3 topa çatdırıb.

Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXVII tur

23 mart
Qəbələ - İnter 1:4
Qollar: Viktor Mendi, 89 - Baçana Tsxadadze, 14. Mikel Alvaro, 46; 54. Matiya Spiçiç, 57.
Qəbələ: 30. Anar Nəzirov, 6. Vladimir Levin (k) (42. Leonardo da Silva, 23//22. Lourival Assis, 60)
, 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 46. Davronjon Erqaşev, 88. Müşfiq Teymurov (
2. Rail Məlikov, 67)
.
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 8. Nizami Hacıyev, 19. Abdulvahid Afolabi, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 7. Ruslan Əmircanov (21. Arif Daşdəmirov, 51)
, 9. Aleksandr İaşvili (
8. Mikel Alvaro, 46)
, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (
11. Asif Məmmədov, 78)
, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 12. İvo Taborski, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Elnur Allahverdiyev, 41 (kobud oyun). Müşfiq Teymurov, 62 (rəqibi tutduğuna görə). Marat İzamaylov, 65 (rəqibi tutduğuna görə) - Brüs Abdulaye, 74 (hakimin qərarına etiraz). Abdulla Abatsiyev, 46 (rəqibə badalaq).
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.

Xəzər Lənkəran - Simurq 1:3
Qollar: Junior Nildo, 78 - Rəşad Eyyubov, 15. Stepan Polyak, 21. Anderson Oliveyra, 85.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov (42. Kamran Abdullazadə, 74)
, 7. Sadio Tounkara (
12. Junior Nildo, 30)
, 8. Deyan Blajevski (
30. Elias, 66)
, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 63)
, 11. Draqan Çeran (22. Salif Ballo, 77)
, 15. Stepan Polyak (6. Taqim Novruzov, 89)
, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 33. Arzuman Nəsibov.
Baş məşqçi: George Çixradze.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev. 
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 6000 tamaşaçı.

AZAL - Bakı 1:2
Qollar: Con Oluremi, 39 - Yure Travner, 30. Aylton, 47 (avtoqol).
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Aylton, 7. Cavid Tağıyev, 8. Qərib İbrahimov (27. Rəşad Abdullayev, 72), 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov (5. Murad Ağayev, 83), 32. Laşa Kasradze, 89. Nedo Turkoviç (18. Samuel Barlay, 67).
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 9. Orxan Həsənov, 22. Axtam Xamroqulov, 26. Kərim Diniyev.
Baş məşqçi:Tərlan Əhmədov.
Bakı: 1. Aqil Məmmədov (k), 12. Etto, 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 64), 15. Alberto Noquera, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 80), 19. Marius Pena (27. Tural Qürbətov, 78), 22. Namiq Ələsgərov, 31. Vüqar Mustafayev. 
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 16. Yuninyo, 24. Georgios Pelagias, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Branislav Arsenyeviç, 51 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 79. (qeyri-idman hərəkəti). Laşa Kasradze, 81 (qeyri-idman hərəkəti) - Namiq Ələsgərov, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Ziya Nəsirov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Alik Yunusov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"AZAL Arena". 300 tamaşaçı.

Rəvan - Neftçi 0:1
Qol: Ruslan Qurbanov, 10.
Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 10. Tyaqo Mirsema, 15. Dmitri Kruqlov (7. Elvin Həsənəliyev, 62), 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k) (14. Xuan Manuel Varea, 69), 25. Ayaz Mehdiyev (30. Cəmşid Məhərrəmov, 77), 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç, 28. Boyan Markoviç.
Baş məşqçi: Güvənc Kurtar.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 14. Bahodir Nasimov (21. Samir Məsimov, 67), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Mitya Moreç, 20 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 25 (qeyri-idman hərəkəti). Mişel Balokoq, 65 (qeyri-idman hərəkəti); 70 (qeyri-idman hərəkəti) - Elvin Yunuszadə, 47 (qeyri-idman hərəkəti). Cavid İmamverdiyev, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Mişel Balokoq, 71.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bayıl Arena". 300 tamaşaçı.

Qarabağ - Sumqayıt 3:0
Qollar: Reynaldo Silva, 70; 72. Riçard Almeyda, 76.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 85)
, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda (
6. Hacı Əhmədov, 85)
, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (
10. Muarem Muarem, 64)
, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 11. Ulriş Kapolonqo, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov (88. Mirzağa Hüseynpur, 61)
, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Vüqar Nadirov, 55 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Coşqun Həsənov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 800 tamaşaçı.

1

Qarabağ

27

17

7

3

50-14

58

2

Neftçi

27

14

6

7

40-33

48

3

İnter

27

13

6

8

41-31

45

4

Bakı

27

13

6

8

43-29

45

5

Qəbələ

27

13

5

9

37-28

44

6

Simurq

27

10

9

8

30-20

39

7

Xəzər L

27

8

10

9

28-38

34

8

AZAL

27

6

8

13

26-40

26

9

Rəvan

27

3

8

16

15-46

17

10

Sumqayıt

27

2

7

18

16-47

13


Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X