"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" klubunun çalışdırıcısı Antuan Kombuare "Strasbur"la Liqa 1 oyunundan öncə mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 59 yaşlı fransalı mütəxəssis komandasındakı itkilərdən danışıb:
"Mussa Sissoko, Şarl Traore, Kenten Merlen və Moyzes Simon Strasburqdakı matçda olmayacaqlar. Lyüdovik Blas və Fabio ilə bağlı da çoxlu sual işarələri var. Məşqdən sonra tibbi rəy gözləyirik.
Lyüdovik Blas ötən oyunda xəsarət alaraq meydanı tərk etdi. Onda beyin silkələnməsi oldu. Moyzes Simon bud əzələsindəki zədədən əziyyət çəkir. O, bir neçə - azı iki həftə komandaya kömək edə bilməyəcək. Kenten Merlenə gəlincə, hələ durumunu tam bilmirik. Ümid edirəm zədəsi ciddi deyil. Mussa Sissoko bu həftəsonu məşqlərə qayıda bilər. Amma o, növbəti iki həftədəki matçlarda oynamayacaq. Bəlkə "Olimpiakos"la oyunda bizə kömək edə bildi".
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Mirağa