Fransa polisi "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanın şantaj edilməsi faktını araşdırır.
Fanat.Az "France Info" saytına istinadən xəbər verir ki, yerli polis Poqbanın şantajçılara tələb olunan 13 milyon avronun hamısını köçürmə yolu ilə ödəmək istədiyini bildirib.
Lakin bank əməliyyatın qarşısını alıb. Daha sonra Poqba cinayətkarlara 100 min avro verib. Lakin onlar fransalı futbolçunu təhdid etməyə davam ediblər. Bundan sonra yarımmüdafiəçi polisə şikayət edib.
Daha əvvəl məlum olmuşdu ki, silahlı dəstə fransalı futbolçudan 13 milyon avro tələb edib. Pol Poqba şantajçılar arasında böyük qardaşı Matias Poqbanın olduğunu iddia edib.
Matias isə sosial şəbəkələrdə Poqbanın şamanların köməyi ilə komanda yoldaşı Kilian Mbappeyə cadu etdirdiyini deyib.
Emin