UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun qapıçısı Tomaş Vatslik şəxsi "Facebook" hesabında Azərbaycan təmsilçisi ilə bağlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, 33 yaşlı qolkiper belə yazıb:
"Qarabağ"ın Çempionlar Liqasının pley-offunda "Viktoriya" ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim.
Açığı, Avropa Liqasında mübarizə aparmaq istəmirdik. Amma oynadığımız matçlardan sonra buna sevinməliyik. "Olimpiakos"un ambisiyaları hər zaman yüksəkdir".
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la ilk görüşünü oktyabrın 6-da səfərdə, ikinci qarşılaşmasını isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Nihat